Forumdan öncə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə aralarında Qax gənclərinin də olduğu "Mikrorayon " teleserialının yaradıcı heyyəti,aktyorlar: Azər Axşam, Eltəkin Xan, Sevinc Əliyeva, Rəfael Şahbəyli və Şəmsəddin Quliyev,rejissor Qulu Əsgərov və prodüser Sevinc Əliyeva ilə görüşü baş tutub.Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev teleserialın yaradıcı heyyətini salamlamış,mədəniyyət və incəsənət bir xalqın mənəvi sərvəti olduğunu qeyd edərək bu sərvətin gələcək nəsilə çatdırılmasında aktyorların xüsusi rolundan bəhs etmişdir.
Gənc aktyorlar da həmçinin həm öz fəaliyyətlərindən, həm də mədəniyyətin inkişafı ilə bağlı fikirlərini bölüşərək bu görüş üçün Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə təşəkkür etmişlər.
Daha sonra forum çərçivəsində teleserialın yaradıcı heyyəti ilə rayon gənclərinin görüşü təşkil olunub.
Görüşdə çıxış edən Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov qonaqları və forum iştirakçılarını salamlamış son vaxtlar rayonda gənclərin hərtərəfli inkişafı üçün vacib olan tədbirlərin təşkilindəki dəstəyinə görə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə öz minnətdarlığını bildirmiş, həmçinin belə görüşlər gənclərin öz qabiliyyətlərini üzə çıxarmasına, incəsənətə marağının daha da artmasına və gələcək uğurlarına töhfə verəcəyini qeyd edərək, bundan sonra da Qax rayonunda gənclərin intellektual, yaradıcı və mədəni inkişafına xidmət edən layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Forumda teleserialın yaradıcı heyyəti gənclərə və forum iştirakçılarına ilk səhnə təcrübələri, qazandıqları uğurlar və qarşılaşdıqları çətinliklər barədə məlumat vermiş, həmçinin ölkədə gənc aktyorlar üçün yaradılan şəraitdən danışaraq, teatrın və kinonun cəmiyyətin maariflənməsində və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs etmişlər.Forumda iştirak edən gənclərin böyük maraq göstərdiyi gənc aktyorlar gəncləri maraqlandıran sulları cavablandırmışlar.
Forumun sonunda gənc aktyorlara Qax rayonunu təmsil edən Şəfəq Futbol Klubunun formaları və digər müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Forumun keçirilməsində əsas məqsəd gənclərin teatr və kino sənətinə marağını artırmaq, onların şəxsi və peşəkar inkişafına dəstək olmaq,
mədəniyyət və incəsənətin təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasına töhfə vermək və istedadlı gəncləri üzə çıxarmaqdır.
Forumda 130 nəfər iştirak etmişdir.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
