Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Ceyhun Məmmədovdan növbəti vətəndaş qəbulu

    Vətəndaş məmnunluğunu, seçici problemlərinin həllini fəaliyyətinin əsas istiqamətləri hesab edən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən Milli Məclisin deputatı, İlahiyyatçı alim Ceyhun Məmmədov növbəti vətəndaş qəbulunu Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Cəbrayıl qəsəbəsində, Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbdə keçirib.

    "Atributinfo.az" xəbər verir ki, deputat vətəndaşları fərdi şəkildə qəbul edərək onları narahat edən məsələləri, müraciət və təkliflərini diqqətlə dinləyib. Səsləndirilən problemlərin hər biri qeydə alınıb, araşdırılması və həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında müvafiq məsələlər qaldıracağı vətəndasların diqqətinə çatdırılıb.

    Qəbul zamanı məşğulluq, sosial təminat, mənzil-məişət və digər sahələrlə bağlı müraciətlərə baxılıb, vətəndaşlara qanunvericiliyə uyğun izahlar verilib.

    "Vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların qayğı və gözləntilərinin dinlənilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir."

    Bunu deputat Ceyhun Məmmədov"atributinfo .az"a açıqlamasında deyib. O əlavə edib ki, insanların problemlərinə həssas yanaşmaq, onların müraciətlərinə operativ reaksiya vermək dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir:

    "Bundan sonra da mütəmadi olaraq qəbul və görüşlərimizi davam etdirəcək, vətəndaşlarımızın qaldırdığı məsələlərin həlli üçün üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ