"Atributinfo.az" xəbər verir ki, görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Akif Marifli, Özbəkistanın Mədəniyyət və İncəsənət Universitetinin alimi Şirzod Muhammadiev, AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Alimuxtar Muxtarov, elmi katib Gunay Ceferova, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri və digər alimlər iştirak ediblər.
Əlmuxtar Muxtarov Türk dünyasının dahi şair və mütəfəkkirləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı yaradıcılığı haqqında geniş məlumat verərək bu iki dahi mütəfəkkirin yaradıcılığının Azərbaycan-Özbəkistan xalqlarının qədim tarixdən gələn dostluq, qardaşlıq və birliyinə xidmət etdiyini vurğulayıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqları arasında mədəni dialoqun genişləndirilməsi baxımından belə qarşılıqlı səfərlər Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.
Ə.Muxtarov xüsusilə vurğulayıb ki, iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsi və strateji tərəfdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması, ən yüksək tarixi inkişaf dövrünü yaşaması Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adı ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzi 2024cü ilin mart ayında AMEA-nın Prezidenti, akademik İsa Həbibbəylinin, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Shuhrat Sirojiddinov və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin birgə imzaladıqları memorandum əsasında həmin ilin sentyabr ayında fəaliyyətə başlamışdır.
Bəradər Səməndərli
"Atrinutinfo.az"
