Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Rəşad Mahmudov Astarada növbəti vətəndaş qəbulu keçirib

    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Astara rayonunda növbəti vətəndaş qəbulunu keçirib.

    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının inzibati binasında təşkil olunan qəbulda millət vəkili ilə yanaşı, YAP Astara rayon Təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.

    Qəbul zamanı vətəndaşların əsasən sosial məsələlər, əlilliyin təyinatı, sağlamlıq problemləri, hüquqi və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin əhəmiyyətli hissəsi aidiyyəti dövlət qurumları ilə operativ əlaqə saxlanılaraq yerində araşdırılıb və həlli istiqamətində zəruri addımlar atılıb. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara göndərilməsi üçün müvafiq qaydada rəsmiləşdirilib.

    Vətəndaş qəbulu ilə yanaşı, rayon ərazisində, o cümlədən şəhərdə səyyar formatda bir sıra görüşlər də keçirilib, sakinlərin təklif və problemləri dinlənilib.

    Millət vəkili Rəşad Mahmudov görüş zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi hər bir millət vəkilinin və dövlət məmurunun əsas vəzifələrindən biridir. O qeyd edib ki, vətəndaş məmnuniyyətinin təmin olunması, insanların qayğı və problemlərinə həssas yanaşılması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ