"Atributinfo.az" xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı və milli tərəqqisi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs olunub.
Qeyd edilib ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir inkişaf tarixinin başlanğıcı olmaqla, ölkəmizin tərəqqi yolunda mühüm mərhələnin əsasını təşkil etmişdir.
Tədbirdən sonra Müşfiq Məmmədlinin seçiciləri olan kənd sakinləri ilə görüşü baş tutub. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə nəzarətə götürülməsi təmin edilib
Bəradər Səməndərli
"Atributinfo.az"
