Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkilindən növbəti vətəndaş qəbulu

    Daim seçicilərin yanında olan, vətəndaş probleminin həllini fəaliyyətinin əsas istiqamətləri hesab edən
    105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən bu gün -11 iyul tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, mənzil və digər məsələlərlə bağlı olub.

    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə millət vəkilinin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ