Sizin reklam burada
Sizin reklam burada
  • Baş Dövlət Yol Polisi İdarəsi: Texniki baxış məntəqələri bayram günlərində işləyəcək

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.
    Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən müayinə mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.
    Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ