Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı Saatlı şəhər sakinləri ilə görüşüb

    Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov dekabr ayının 10-da Saatlı şəhər sakinləri ilə görüşüb.
    "Atributinfo.az" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
    Daha sonra Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq ətraflı məlumat vermişdir.
    Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar.
    Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı Rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ