Ötən il Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri seçilmiş H.Məmişov Forum çərçivəsində İSSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə adıgedən beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda 2012-ci ildə BPSFA ilə İSSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.
Sonda yeni Anlaşma Memorandumunun hazırlanması işinin sürətləndirilməsi məqsədilə tərəflər arasında Niyyət Sazişi imzalanıb.
