Bitki Mühafizə və Texniki Bitkilər ETİ tərəfindən Balakən rayonunda elmi praktik konfrans keçirilib
Sosial
21-11-2024, 21:05
297
Bu gün vətəndaş olaraq COP 29 kimi böyük bir tədbirin Bakıda keçirilməsinin qürurunu yaşayırıq. Birləşmiş Millətlər Təşkilatını İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29- cu sessiyasında 80 prezident, vitse- prezident, baş nazir, 196 ölkədən 75 mindən artıq insanların iştirakı bu mötəbər tədbirin möhtəşəmliyindən xəbər verir. Tədbirin Liderlər sammitində möhtərəm cənab Prezident İlham Əliyevin açılış çıxışından sonra uzun müddət çəkən sürəkli alqışlar məhz möhtəşəmliyin göstəricisi kimi qəbul edilir. COP29- a gələn nümayəndələrin məmənunluğu, sessiyada təşkilatçılığın yüksək səviyyəsindən xəbər. Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına vurduğu fəsadlar böyük itkilərlə ifadə olunur, dünən ikinci dərəcəli hesab etdiyimiz zərərli orqanizmlər indi tüğyan edir, istesalın kəmiyyət və keyfiyyət göstəricilərinə mənfi təsir edir. Aqrar sahədə fermer riskləri artır. Bir tərəfdən kəskin quraqlıq, digər tərəfdən su basmalar, sellər, şoranlıq, meşə yanğınları, kataklizmlər, karbon və metan emissiyaları aqrar sahədə təsadüf edilən çoxlu halların bir qismidir. Söhbət planetin əhalisinin ərzaq təhlükəsizliyindən gedir. Digər tərəfdən kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otları və onlarla digər mikroorqanizmləri istehsal edilən məhsulun 40%- i məhv edirlər. Milyonlarla insanların aclıq və səfalət içərisində yaşadığı dünyada bunlar çox böyük rəqəmlərdir, bu itkilərin qarşısı alınmalıdır. Aqrar sahədə fermerlərin zərərli orqanizmlərlə mübarizədə əsasən kimyəvi mübarizədə tətbiq edilən pestisidlərə müraciət edilməsi heç də həmişə arzu olunan nəticələri vermir, ətraf mühit elementləri çirklənir, ekosistemlərdə, biosenozlarda, aqrobiosenozlarda pestisid qalıqları toplanır. Pestisidləri tanımadan, xarakterik xüsusiyyətlərini bilmədən istifadə daha böyük fəsadlara yollar açır. Bu baxımdan fermerlərin, iri istehsalçıların maarifləndirilməsində böyük fayda var. 20 noyabr 2024- cü il tarixdə Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin Balakən rayonunda təşkil etdiyi elmi praktik seminarın da qayəsi bu idi. Seminarda bölgənin DAİM sədrləri, fermerlər, Qlda təhlükəsizliyi agentliyinin mütəxəssisləri iştirak edirdilər. İnstitutun bir qrup əməkdaşları, o cümlədən Sevinc Məhərrəmova, Samirə Allazova, Afaq Həsənova, Gülcamal Ələsgərova, habelə AQTA əməkdaşı Aişə Məmmədova bölgə üçün strateji hesab edilən qarğıdalı, fındıq, şərq xurması kimi bitkilərin xəstəlik və zərərvericiləri haqqında tədqiqatlarının nəticələrini iştirakçılara təqdim etdilər. Bütün keçirdiyimiz konfranslar, seminarlar, dəyirmi masalar COP29-a dəstək kimi qəbul edilməlidir. Hər kəsə uğurlar!
İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər ET institutunun direktoru, professor