Vüqar Qəhrəmanov
Şamaxı regional "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, Şamaxı rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri
Digər ölkələrdə olduğu kimi, bizim cəmiyyətdə da narahatlıq doğuran aktual ailə məsələlərindən biri qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlardır. Bu halların baş verməsi sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artması ilə nəticələnir.
Aparılmış elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlardan doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Ümumi nikahların sayında qohum nikahların faiz dərəcəsi aşağı olsa da, reallıqda dünyaya gələn sağlamlıq imkanları məhdud olan uşaqların sayı çoxdur. Müşahidələrə görə, yad cütlüklər arasında nikahlar nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdən risk 4-8 %-dək, yəni iki dəfə artır.
Qan qohumları arasında bağlanmış nikahlar nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında sinir sisteminin, eşitmə qabiliyyətinin pozulmasının; dayaq və hərəkət aparatının pozulmasını; qan xəstəliklərini (talassemiya, hemofiliya və s.); anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqları; tənəffüs orqanlarının xəstəliyini (astma, sinəgir xəstəliyi, təngənəfəslik və s.) qeyd etmək olar.
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, qohum nikahları ilə bağlı bir sıra ölkənin qanunvericiliyində artıq qadağalar qoyulub. Nikahın bağlanma şərtləri haqqında qanunun pozuntusuna yol verildiyi halda nikah etibarsız hesab edilir. MDB ölkələri arasında Tacikistan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” haqqında Qanununda və Ailə Məcəlləsində edilən dəyişikliklərə əsasən 1 iyul 2016-cı il tarixindən etibarən qohumlar ( baba və (və ya) nənəsi ümumi olan şəxslər və eləcə də əmi, dayı, bibi, xala və onların uşaqları) arasında nikahlara qadağa qoyulub.
Təəssüflər olsun ki, Azərbaycanda yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür, belə nikahlara müsbət yanaşanlar da var. Qohum evliliyinin bir sıra səbəbləri var: ”yaşlı nəslin təkidi”, “nəsildən nəslə keçən gərəksiz adətlər, stereotiplər”, atalar tərəfindən qızların təhlükəsizliyini təmin etmək məqsədilə onları erkən yaşda qohumlara ərə verilməsi, ailə quran insanların təhsilsizliyi, kifayət qədər məlumatın olmamasıdır. Belə ailələr adətən ailəyə aid olan var-dövlətin dağılmaması, ailələr arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışların eyni olması səbəblərindən qurulur. Münaqişə yarandığı halda isə bu, ailələr arasında nəsildən nəslə ötürülən düşmançılığa gətirib çıxarır.
Qohumlar arasında nikahların mənfi nəticələri Azərbaycan Respublikasının ailə qanunvericiliyində nəzərə alınmışdır. AR Ailə Məcəlləsinin 12 Maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.
Doğrudur, qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrini nəzərə alaraq dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilib, qanunvericiliyə dəyişikliklər edilib. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında Qanuna əsasən 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən şəxslər icbari tibbi müayinədən keçməlidirlər. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılmışdır. Qeyd olunan istiqamətdə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydanın layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmışdır. Qaydaya əsasən, qohum nikahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. Sənədin icrası 13 dövlət qurumuna və 76 yerli icra hakimiyyətinə tapşırılıb. Sənəddə dövlət qurumların siyahısı və onların öhdəliyinə düşən vəzifələr açıqlanır. Ölkədə erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində aparılan işlərdə qurumlararası əlaqələndirmənin operativliyini və effektivliyinin təmin edilməsi məqsədilə Qaydanın icrasına dair məsul şəxslər təyin olunub. Hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən görülmüş işlərə dair ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.
Təsdiq edilmiş Qərarın 2-ci hissəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə qohum hesab edilən gənclər arasında bağlanan nikahların və belə nikahların pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin ekspertlərin iştirakı ilə mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır. Maarifləndirici vəsait hazırlanaraq Komitənin rəsmi saytına və sosial şəbəkə səhifələrində yerləşdirilir, eləcə də çap olunaraq, qeydiyyat şöbələrində nikaha daxil olan gənclərə paylanması üçün Ədliyyə Nazirliyinə və “ASAN xidmət” Mərkəzlərinə göndərilir.
Bütün bu işlərə baxmayaraq, qohum nikahların sayında artım müşahidə olunur ki, bu da ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə bilər. Bu baxımdan 12 mart 2024-cü il tarixində dövlət qurumlarının, deputatların, vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı ilə qohumlar arasında nikahlarla bağlı geniş tərkibdə ictimai müzakirə keçirildi, aidiyyəti dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri və vəzifələri olduğu qeyd edildi. Lakin müəyyən nəticələrin əldə etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi və qohum nikahlara qadağaların qoyulmasının vacibliyi ilə bağlı qanunvericiliyimizə həm erkən nikahlarla bağlı, həm də qohum nikahları ilə bağlı dəyişikliklərin edilməsi və hüquqi çərçivənin ciddiləşdirilməsi təklifi irəli sürüldü.
Qohum evlilikləri və erkən nikahların qarşısının alınması mövzusunda qanunvericilikdə edilmiş son dəyişikliklər yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Belə ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur.
Məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyət müəyyən olunub.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir.
Nəzərə almalıyıq ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 153 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 153 nömrəli Fərmanının icrasını təmin edir.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyi valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.
Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan 189-1 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbitidir.
Bununla yanaşı, ictimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında və məsələnin həllində öz tövhəsini verəcək.