Sizin reklam burada
Sizin reklam burada
  • Milli Cəbhə Partiyasının 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbriki

    Bu gün xalqımız Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edir. Bu əlamətdar gün hərbi rəşadət, qəhrəmanlıq, igidlik, şöhrət, hər bir qalib əsgərin, zabitin, hərbçinin, Azərbaycan vətəndaşının qürurla qeyd etdiyi şərəf bayramıdır. Milli Cəbhə Partiyası olaraq Vətənin bütövlüyü uğrunda həyatını, canını əsirgəməyən, axıra qədər torpaqlarımızı müdafiə edənlərin xidmətinə, qəhrəmanlığına ehtiramımızı ifadə edirik!
    Silahlı Qüvvələr Günü eyni zamanda əsl ümumxalq bayramı kimi xalqımızın böyük qələbə təntənəsini özündə ehtiva edir. Ordumuz dövlətçiliyimizin, təhlükəsizliyimizin, sabitliyimizin dayağıdır.
    Hərbçilərimizin mərdliyi, vətənpərvərliyi, şücaəti ilə hər zaman fəxr etdiyimizi bir daha qeyd edir, bu əlamətdar gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirik!

    Milli Cəbhə Partiyası - MCP

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ