Saatlının Birinci Qarabağ müharibəsində itkin düşmüş növbəti şəhidi...
Sosial
5-06-2024, 20:03
398
Birinci Qarabağ müharibəsində, 1992-ci ildə itkin düşmüş Cəfərov Namiq Balaxan oğlunun nəşinin qalıqları bu gün, iyunun 5-də ailəsinin yaşadığı Saatlı şəhərinə gətirilib. Şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. "Atributinfo.az" xəbər verir ki, daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Saatlı qəbiristanlığına gətirilib. Dəfn mərasimində şəhidin qohumları, yaxınları ilə yanaşı, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov ,hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. Qeyd edək ki, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuş Namiq Cəfərov naməlum şəhidlərimizdən biri olaraq Tərtərdə Şəhidlər xiyabanında dəfn edilmişdi. 32 il sonra cari ilin aprel ayında kimliyi məlum olan saatlılı şəhid Namiq Cəfərova Allahdan rəhmət diləyirik!