Simpoziumda iştirak edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanovun salamlarını çatdırıb və “Süni intellekt əqli mülkiyyət hüquq münasibətlərinin yeni trendi” mövzusunda çıxış edib. O, mövzu ilə bağlı ətraflı məlumat verib, bu istiqamətdə müxtəlif dövlətlərin qanunvericiliyi və təcrübəsinin müqayisəli təhlili ilə əlaqədar nəticələri təqdim edib.
Tədbirin sonunda məruzəçilərə, o cümlədən Ə.Əliyevə sertifikat təqdim edilib.
