YAP Göygöl təşkilatında yubilyar Bəxtiyar Həsənovla görüş keçirilib
Sosial
29-04-2024, 12:56
255
Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında 3 №-li Magistral Yollarının İstismarı MMC ərazi partiya təşkilatının sədr müavini Bəxtiyar Həsənovun 65 illik yubileyi münasibətilə görüş keçirilib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirib ki, Bəxtiyar Həsənov peşə sahəsində səmərəli fəaliyyət göstərməklə Partiya dəyərlərini daim üstün tutaraq, rayon təşkilatının ictimai-siyasi həyatında həmişə fəal iştirak edib. Sonra təbrikə qoşulan Aparatın əməkdaşları Bəxtiyar Həsənovu təbrik edərək ona xoş arzularını bildiriblər. Bəxtiyar Həsənov göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkür edərək, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarında daim qürurla təmsil olunduğunu və bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib. Görüşün sonunda yubilyar rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, xatirə hədiyyəsi təqdim olunub.