Sizin reklam burada
Sizin reklam burada
  • "Kardiologiyanın Aktual Problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

    Dünən-aprelin 5-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin birqə təşkilatçılığı ilə "Kardiologiyanın Aktual Problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, konfransda iştirak edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov həm məruzəçi kimi, həm də açılışda çıxış etmişdir. Açılış hissəsində İnstitutunun Rektoru Nazim Qasımov, Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Ülvi Mirzoyev, İnstitutun Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov çıxış edərək, ölkəmizdə həyata keçirilən səhiyyə islahatları və onun nəticələrindən, kardioloqiyanın müasir vəziyyətindən söz açmışlar. Türkiyə və Rusiyadan dəvət olunan elm adamlarının iştirak etdiyi elmi konfrans maraqlı müzakirələr və elmi mübahisələrlə yadda qalmışdır.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ