Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Məşhur Məmmədov Masallıda şəhid atası, qazilər və Vətən Müharibəsi iştirakçılarını qəbul edib

    "Ayın son həftəsini Masallı rayonunda ənənəvi qəbul-görüşlərlə yola salırıq. YAP Masallı rayon təşkilatının inzibati binasında qəbulda 36 seçici ilə görüşdük, onları narahat edən məsələlərə aydınlıq gətirməyə, problemlərin həllinə yol göstərməyə çalışdıq."
    Bunu "atributinfo.az"a açıqlamasinda Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
    Qəbulda şəhid atası, qazilər və Vətən Müharibəsi iştirakçısı da iştirak etdiyini diqqətə çatdiran deputat qeyd edib ki, onları maraqlandıran suallara qəbulda iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov cavab verdi:
    "Həll olunası işlər üçün qəbulda iştirak edən köməkçilərim müvafiq qeydlər apardı. Hər dəfə qəbullarda RİH aparatından bir nümayəndənin bizimlə iştirakı vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. Qəbul-görüşlərimiz davam edir."- Deputat bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ