Sizin reklam burada
Sizin reklam burada
  • Masallıda seçkiqabağı görüşlər davam edir

    Bu gün Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov Masallıda ağsaqqallar və din xadimləri ilə görüş keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazisi Ağarəşid Talıbov və rayonun digər din xadimləri iştirak ediblər. Dinin insanların həyatında rolundan söhbət açıldı, insanların düzgün həyat tərzi keçirməsi üçün dini təbliğatın düzgün istiqamətləndirilməsi, cəhalətin yolverilməz olduğu əsas söhbət mövzusu olub.
    Söhbət əsnansında Prezident seçkilərindən də söz açılıb. Din xadimləri cənab İlham Əliyevin dini abidələrə, din xadimlərinə göstərdiyi diqqəti önə çəkilib və bildirilib ki, 7 fevral prezident seçkilərində onların seçimi İlham Əliyev olacaq.
    Görüşlər davam edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ