Sizin reklam burada
Sizin reklam burada
  • 17 dərəcə şaxta - Sabahın HAVA PROQNOZU

    Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
    Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq.
    Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 % olacaq.
    Azərbaycanın rayonlarında
    Havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ