"Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Ağacəkmə aksiyasında 131 ədəd müxtəlif növ ağac əkilib. Göygöl rayonunda ağacəkmə kompaniyası bundan sonra da davam edəcək.
Bəradər Səməndərli
"Atributinfo.az"
