Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
“Bu hüquqdan istifadə edərək AMB 25 oktyabrda bu interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb”, - deyə R.Orucov əlavə edib.
