"Atributinfo.az" xəbər verir ki, Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, İcra hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun Çaykənd kəndində növbəti səyyar görüş keçirib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, https://rih.gov.az/ platformadan istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən qaz xəttinin dayaqlarının təmir edilməsi, Yeni Zod-Sarısu avtomobil yolunun Çaykənd kəndindən keçən hissəsində yolkənarı çiyinlərin təmizlənməsi, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
