Bir çox nazirliklər Bakı şəhərinin müxtəlif yerlərində yerləşsələr də, bir neçə nazirlik, komitə Hökumət binası deyilən binada yerləşir. Həmin komitə və nazirliklər yığışıb özləri üçün birinci mərtəbədə vətəndaşları qəbul etmək üçün bir nömrəli qəbul otağı düzəldiblər. Həmin komitələrdən biri də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə öz nümayəndəsini orada oturdur ki, gələn şikayətçiləri dinləyib, ərizələrin alıb və yola salsın. Bu yaxınlarda iki nəfər şikayətçini həmin komitəyə yönəltdim. Onların ərizəsini və telefon nömrələrini alıb, yola saldılar. Üstündən 1 ay keçməyinə baxmayaraq hələ də onlara bir cavab verilməmişdir. Orada olduğu müddətdə diqqət elədim ki, qəbulda haradasa 10-15 nümayəndə əyləşmişdilər. Faktiki heç bir işlə məşğul deyildilər. Çünki vətəndaşlar müraciət etmirlər. Demək olar ki, artıq respublikamızda vətəndaşlarda belə bir fikir formalaşıb ki, onsuz da şikayətə baxmırlar və şikayət öz həllini tapmır. Ona görə də ən yaxşısı müraciət etməməkdir. Bununla əlaqədar olaraq, həmin orada əyləşən nümayəndələr bütün günü əsnəşir. Mənə elə gəir ki, həmin otağın adını “əsnəmək otağı” qoysaq daha yaxşıdır.
Qiyam ƏRŞADOĞLU
/atributinfo.az/
