Sizin reklam burada
Sizin reklam burada
  • Sabahın havası AÇIQLANIB

    Atributinfo.az xəbər verir ki, sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
    Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 17-21°, gündüz 22-27° olacaq.
    Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° olacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ