DSMF-nin beynəlxalq uğurları Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmi saytında
Sosial
27-07-2023, 11:00
159
Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası öz rəsmi səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il ərzində əldə etdiyi beynəlxalq uğurlar barədə məqalə dərc edib. Məqalədə DSMF-nin fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, təkcə bu il 7 nüfuzlu beynəlxalq mükafata layiq görüldüyü qeyd edilib. Bu uğurların ölkəmizdə son illərdə sosial sahədə aparılan islahatların nəticəsi olduğu vurğulanıb. Məqaləni oxumaq üçün linkə daxil olun: http://apsf.ru/AM2/2023/mezhdunarod_priznanie_GFSZ_AZ.shtml