Sizin reklam burada
Sizin reklam burada
  • Son 6 ayda 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb

    Bu ilin yanvar-iyun aylarında 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Onlardan 18 mini pensiya, 68 mini müavinət və təqaüd təyinatıdır.
    Atributinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-qaydada aparılır.
    Ötən dövrdə 586,5 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ