Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda 40° isti olacaq

    Bakıda 40° isti olacaq Atributinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 8-9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33°-38° , bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
    Azərbaycanın rayonlarında iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı gözlənilir.
    Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında iyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
    Azərbaycanın rayonlarında iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
    Şərq küləyinin iyulun 7-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ