Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl Rayon İcra Hakimiyyətində "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib

    Göygöl Rayon İcra Hakimiyyətinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının təşkilatçılığı ilə təlimçi hüquq üzrə fəlsəfə doktoru, dosent, ədliyyə qulluqçusu, Avropa Şurasının «Korrupsiyaya qarşı mübarizə» üzrə yerli eksperti Nazənin Hüseynova tərəfindən Rayon İcra hakimiyyətinin və İcra nümayəndəliklərinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə texnikaları” mövzusunda 2 günlük təlim keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, iki moduldan ibarət olan təlimin birinci günündə iştirakçılara korrupsiyanın mahiyyəti, əsas xüsusiyyətləri və fomaları barədə geniş məlumat verilib, bu sahədə aparılan dövlət siyasətindən və ölkədə qurulan korrupsiyanın qarşısını tam almağa imkan verən yeni milli idarəetmə modelindən bəhs olunub. İnteraktiv təlim metodları, beyin fırtınası və keyslər əsasında keçirilən təlimdə iştirakçılara korrupsiyanın növləri və neqativ sosial, iqtisadi və siyasi təsirləri barədə dolğun məlumat verilib.
    Təlimin ikinci günündə keçirilən modulda isə iştirakçılara korrupsiyanın qarşısının alınmasında insan faktorunun rolu barədə biliklər çatdırılıb. Dövlət qulluçusunun davranışında riayət etməli olduğu əsas məqamlar, vətəndaş məmnunluğu üçün şəxsi keyfiyyətlərin və düzgün ilkin təəssürat yaratmağın rolu barədə geniş məlumat verilib.

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ