Kənddə bir ədəd iribuynuzlu heyvan kəsilərək məskunlaşan 20 ailə verilib. AQTA tərəfindən baytarlıq sanitariya normalarına əməl edilməsi məqsədilə qurbanlıq heyvanın kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən kənddə qurulan çadırda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün nəzərdə tutulub.
Talış sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Hüseynbala Həsən
/atributinfo.az/
