Sel səbəbindən Xızıda 24 nəfər köməksiz vəziyyətdə qalıb
Sosial
18-06-2023, 11:11
153
Atributinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.