Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda plastiklərin qablaşdırma tullantıların toplanması ilə bağlı təkrar emal qutular yerləşdirilib

    Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Ecohub Ekoloji platforması və Coca Colanın “Tullantısız dünya” proqramı çərçivəsində Göygöl rayonunda plastiklərin qablaşdırma tullantıların toplanması ilə bağlı təkrar emal qutular yerləşdirilib.
    "Atributinfo.az" xəbər verir ki, tullantısız dünya proqramının məqsədi istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və dairəvi iqtisadiyyata cəlb oluna bilən bu xammalın ətraf mühitə mənfi təsirini azaltmaqdır. Məlumat üçün bildirək ki, regionlarda plastik tullantıların ayrıca qutular vasitəsilə sistemli şəkildə şəhər ərazisində toplanması təcrübəsi ilk dəfə Göygöl şəhərində təşkil olunur.
    Ölkəmizin ətraf mühit təmizliyini qorumaq hər bir vətəndaşımızın borcudur. Gəlin, birlikdə təkrar emala dəstək olaq, plastik tullantıları çeşidləyək . Qutular aşağıdakı ərazilərdə yerləşdirilmişdir:
    1) Göygöl rayonunun mərkəzində Azay Kazımov küçəsi, avtobus dayanacağı yaxınlığı;
    2) Göygöl rayonunun mərkəzində Azay Kazımov küçəsi "Əkizlər" marketin qarşısı;

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ