Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl Rayon İcra Hakimiyyətində ISO 9001:2015 standartı üzrə təlim keçirilib

    Göygöl Rayon İcra Hakimiyyətində Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemi - Tələblər” mövzusunda təlim keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, təlimdə İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
    Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, onun tətbiq sahəsi, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
    Təlimin sonunda iştirakçılara təlimdə iştirak etdikləri üçün İSO 9001:2015 standartının sertifikatları verilib.

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ