Sizin reklam burada
Sizin reklam burada
  • Şəhid anası olmaq, vətənini uğrunda canından keçən igidlər böyütmək... Bir qadının vətəni üçün edəcəyi ən böyük işdir

    "Sən dünyaya oğul gətirdin. "Oğul düşmən çəpəridir"- deyib atalar. Ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab-əziyyətlə böyütdün oğlunu. Hələ körpəlikdən – oğlum böyüyüb əsgər olsun, torpağını, Vətənini qorusun – deyib əzizlədin oğlunu. Oğlun böyüdü... əsgər oldu, həm də qəhrəman əsgər... Arzunu yerinə yetirdi, torpağını – Vətənini qorudu. Yalnız qorumaqla kifayətlənmədi, onu düşmən tapdağından xilas etdi və bu uğurda – Vətəni yolunda canını fəda etdi, şəhid oldu..." Bu sətirləri "Atributinfo.az"-a
    Göygöl rayonu Qızılqaya qəsəbə icra nümayəndəliyində müavin İlkin Məmmədov söləmişdir.
    O, əlavə etmişdir ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan xalqı yenilməz ruh, güclü iradə nümayiş etdirərək heç vaxt işğalla barışmaq fikrində olmadığını göstərib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfər, şanlı Qələbə ilə ermənistana elə bir dərs verib ki, onlar bunu heç zaman unuda bilməyəcəklər. Ötən on illər ərzində işğalçı ölkənin “yenilməz” ordusu haqqında yaydığı şayiələr, formalaşdırdığı mif bir anda əriyib yox oldu. Otuz il ərzində qurulmuş istehkamlar, mühəndislik işlərinin aparılması, həm də bu bölgənin coğrafiyasının onlar üçün əlverişli olması belə düşmən ordusunu Azərbaycanın qəhrəman oğul və qızlarının qarşısında darmadağın olmaqdan xilas edə bilmədi. Vətən müharibəsi gənclərimizdə torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha göstərdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi”.“Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından illər ötür. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün son illər ərzində hərbi, siyasi, iqtisadi sahələrdə, diplomatik müstəvidə, informasiya arenasında yorulmadan apardığı mübarizə, qətiyyətli mövqeyi, müzəffər Silahlı Qüvvələrimizin şücaəti, qəhrəmanlığı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi 44 günlük Vətən müharibəsində böyük Qələbəni təmin edib. Bu gün Silahlı Qüvvələrimizlə fəxr edir, qürur duyuruq”.Allahdan şəhidlərimizə rəhmət diləyirik!!!"- İlkin Məmmədov demişdir.

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ