Düşmənin tarixi torpaqlarımızı işğal altında saxlamış olduğu 30 ilə yaxın müddətə toxunan sədr müavini bu müddətdə Ermənistanın sülhdən və danışıqlardan imtina etməsini qeyd edərək, torpaqları dinc yolla qaytarmamasını bildirmişdir.
2020-ci ildə Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs edən sədr müavini, ordumuzun bu qələbə ilə qüdrətini bütün dünyaya nümayiş etdirməsini bildirmişdir. Ermənistanın məğlubiyyətlə barışmadığını, hər an təxribat törətməyə cəhd etməsini bildirən Sədr müavini məhz qəhrəmanlarımızın sahəsində düşmənə layiqli cavab verildiyini diqqətə çatdırmışdır.
Görüşdə Milli Məclisin deputatı Cəbi Quliyev iştirak etmişdir.
