"Ümumiyyətlə, təhsildə gərək konketləşmə olsun. Riyazıyatçıya, fizikə, kimyaçıya tarixi, fəlsəfəni, ədəbiyyatı, hüququ əzbərlətməyin nə mənası?
Bütün fənlərin cəmi gərək tərcüməçiyə keçilsin. Tərcüməçiyə universal biliklər lazımdır. Daha gedib tikintidə olan "crane" sözünü "durna" kimi tərcümə eləməsin.
Qoy hər kəs öz sahəsi üzrə oxusun, digər kitablara mənasız yerə vaxt ayırmasın.
Sual olunur. Niyə bizim tələbələr ali məktəblərdən diplom alıb çıxır və çalışacağı sahə üzrə hç biliyi yoxdur? Nəyimizə lazım kağız parçası olan diplom?
Çünki, tələbələrə təcrübə keçirilmir. Sadəcə adı yazılır və gedib evdə yatır. Təcrübə kağız üzərindədir, özümüz-özümüzü aldadırıq. Necə yəni tələbə məzun olur, diplomunu alır və sahə üzrə biliyi yoxdur. Ona diplomu nə üçün verirlər? Diplomlu şəxslərin statistik sayını artırmaq üçün?
Məndən olsa, günü sabah imtahanı ləğv edərəm. İmtahana instituta girmək aldadıcıdır. Boş şeydir imtahan. İmtahan oxuyan zaman lazımdır. Kim oxumaq istəyir gəlib oxusun. Amma, hamı oxuya biləcəkmi? Oxuya bilməyəcək və iki aydan sonra çıxıb gedəcək. Ona məsləhət olunacaq ki, ay bala sən get peşə məktəbinə və sənət öyrən. Diplom sənlik deyil."- Deputat bildirdi.
Bəradər
"Atributinfo.az"
