Sizin reklam burada
Sizin reklam burada
  • Təltifolunma mərasimi keçirilib

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 1-17 may tarixlərində Saatlı rayonunda müxtəlif idman yarışları, bilik və yaradıcılıq müsabiqələri keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirlər yekunlaşdıqdan sonra, yəni mayın 17-də Saatlı Rayon İcra Hakimiyyətində yarış və müsabiqələrin qalibləri ilə görüş təşkil edilib.
    Görüşdə çıxış edən icra başçısı Elmir Bagirov Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan, zəngin, çoxşaxəli və tükənməz irsindən danışaraq, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətləri xüsusi olaraq vurğulayıb.
    Daha sonra Ə.Şüküroğlu adına Varxan kənd tam orta məktəbin direktoru Lətif Şimşekov , Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə Təhsil sektorunun müdiri Günay Gunay Sultan-ova , M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin müəllimi Vüqar Vuqar Namazov çıxış edərək rayonumuzda təhsil sahəsində görülən işlərdən və qazanılan uğurlardan danışıblar. Onlar, eyni zamanda rayon rəhbərliyinə bütün sahələrə, xüsusən təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
    Tədbirin sonunda idman yarışlarının, bilik və yaradıcılıq müsabiqələrinin qalibləri Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunublar. Qeyd edək ki, futbol və voleybol yarışlarının hər ikisində I yeri rayon Təhsil sektorunun komandası tutmuş, futbol üzrə II və III yarlərə müvafiq olaraq, Saatlı Rayon Poliş Şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin komandaları, voleybol üzrə isə II və III yarlərə müvafiq olaraq, Saatlı Rayon Elektrik Şəbəkəsi və Saatlı Rayon Poliş Şöbəsinin komandaları yiyələnmişlər. Qadınlar arasında keçirilmiş tir atıcılıq yarışında I yerin sahibi Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva, II yerin sahibi rayon icra hakimiyyətinin könüllüsü Türkan Abbaszadə, III yerin sahibi isə Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Xanımbikə İsmayılova olmuşlar.
    Təltifolunma mərasiminə həmçinin Respublika Fənn Olimpiadasının rayon üzrə qalibləri də - Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yeri tutmuş Varxan kənd tam orta məktəbin X sinif şagirdi Leyla Səfərova, biologiya fənni üzrə III yerin sahibi Əlisoltanlı kənd tam orta məktəbin IX sinif şagirdi Aysel Səfərova və kimya fənni üzrə III yerə haqq etmiş Qaracalar kənd tam orta məktəbin IX sinif şagirdi Ayxan Məhərrəmli - dəvətli idilər.
    “Ən yaxşı təqdimat” müsabiqəsi üzrə I yeri tutmuş şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Sürəyya Əlizadə, YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat üzrə turnirdə III yerin sahibi Qazanbatan kənd İƏD nümayəndəsinin müavini Rüfət Hümbətov, kütləvi idman tədbirlərində fəal təşkilatçılığına görə UGİŞM-nin direktoru Abdulla Nurəliyev və “Global Star Awards 2023” layihəsində yer tutduğuna və mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cəmil Mustafayev də təltif olunanlar arasında idilər.

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ