Qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb, onların müraciətlərinin bir qismi yerindəcə həll edilib, sosial, humanitar, məişət və s. mövzularla əlaqədar qaldırılan bir sıra məsələlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular hazırlanıb.
Müraciət edən vətəndaşlara bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, onların rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Diqqətə çatdırılıb ki, cənab Prezident tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
