Bu sözləri Milli Məclisin deputatı İltizam Yusifov məlum hadisəylə bağlı "Atributinfo.az"-a açıqlama verərkən demişdir."
O, əlavə etmişdir ki, Fazil Mustafa həmişə dəyərli fikirləri ilə cəmiyyətdəki bütün proseslərə münasibət bildirən, ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir siyasi xadim kimi, həm də cəhalətə, xurafata qarşı çıxan dəyərli bir millət vəkilidir. Bu cür fikirlərlər isə sivil, dünyəvi dövlət əleyhidarlarını həmişə narahat edir.
"Əminəm ki, hüquq-mühafizə orqanlarımız tezliklə müvafiq tədbir görəcək və cinayətkarlar öz cəzasını alacaqlar.
Dəyərli Fazil Mustafaya Allahdan şəfa diləyirəm."-Deputat bildirmişdir.
Bəradər
"Atributinfo.az"
