Elvin Pashayev Göygöl sakinlərinin istək və arzularının reallaşması üçün əlindən gələni əsirgəmir!
Sosial
19-03-2023, 11:58
353
Azərbaycan xalqının böyük oğlu, dahi Şəxsiyyət, müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması məqsədi ilə “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirildiyini vurğulayan İcra Başçısı, Elvin Pashayev Göygöl rayonu Heydər Əliyev adına Parkda keçirilən Novruz bayramı ümumrayon tədbirinin də həmin tədbirlər çərçivəsində təşkil olunduğunu diqqətə çatdırdı. Bildirildi ki, Heydər Əliyev Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, Azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisi kimi Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Lider, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider həmişə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin qorunması və yaşadılması üçün əsl himayədarlıq mövqeyini nümayiş etdirmişdir. Xalqımızın ən əziz və qədim bayramlarından olan Novruz bayramı da Sovet hakimiyyətinin ciddi qadağaları dövründə də, məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə daim yaşadılmış və ümumxalq bayramı səviyyəsində qeyd edilmişdir. Bayram tonqalını Şəhid ailələri və Qazilərimiz alovlandırdı. Heydər Əliyev siyasətini Prezident Ilham Aliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, Azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. İlkin Məmmədov Göygöl rayonu Qızılqaya qəsəbə icra nümayəndəliyində müavin. Xüsusi olaraq "Atributinfo.az" üçün