Xəbər verdiyimiz kimi, işğaldan azad olunan Tərtərin Talış kəndində bərpa işləri aparılır və sakinlərin köçürülməsi prosesinə start verilib. Talış kəndinin yüksək nöqtələrindən birində kəndin azad olunduğu gün Prezident İlham Əliyevin tviter hesabında paylaşdığı tvitin mətninin həkk olunmuş xatirə daşı yerləşdirilib.