Sizin reklam burada
Sizin reklam burada
  • 321 manat təqaüdünün 100-nü ianə edən böyük ürəkli Mirzə baba

    Qardaş ölkədə baş verən zəlzələ həm də bizə böyük ürəkli insanlarımızı tanıtdı.
    "Atributinfo.az" xəbər verir ki, onlardan biri də Lənkəran sakini 87 yaşlı Mirzə Səfərovdur.
    Mirzə babanın təqaüdünün bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərməsi xəbəri eşidənləri duyğulandırdı.
    O, 321 manat təqaüd alır və pulun 100 manatını qardaş ölkəyə ianə edib. Balaca həyətindən, ondan da balaca evindən aydın olur ki, həyat şəraiti mükəmməl deyil, amma ürəyi, xarakteri möhtəşəmdir.
    Mirzə baba insanlıq borcunu yerinə yetirdiyini deyir.
    Türkiyəyə yardım etmək bizim üçün qardaşlıq borcudur. Bu çətin günləri arxada qoyacağıq. Amma Mirzə Səfərov kimi büyük ürəkli insanları əsla unutmayacağıq. Nə yaxşı ki, dünyamızda sizin kimi insanlar var.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ