Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonu da Türkiyəyə yardım üçün səfərbər olub

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Pashayevin rəhbərliyi altında Göygöl Gənclər Evində Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş qardaşlarımız üçün keçirilən və gənclərimizin fəal iştirak etdiyi yardım kampanyası ön plandadır. Qeyd edək ki, kampaniya hələ də davam etməkdədir.
    Rayon rəhbərliyindən
    "Atributinfo.az"-a verilən məlumatda bildirilir ki, Rayon sakinləri qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər.
    Göründüyü kimi, Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də Türkiyəyə dəstək olmağı özünün mənəvi və şərəf borcu sayır, qardaşının yanında olduğunu nümayiş etdirir. Türkiyə və Azərbaycanın həmrəyliyi, bu yolda qətiyyət nümayiş etdirməsi bizim bütün maneələri dəf etmək, təkcə özümüzün deyil, bütün bölgənin təhlükəsiz, firavan gələcəyini təmin etmək iqtidarında olduğumuzu bir daha göstərir.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ