Sizin reklam burada
Sizin reklam burada
  • VƏKİLLƏRƏ NİFRƏT EDƏN VƏKİL

    Turan Abdullazadə
    xuşusi olaraq "Atributinfo.az" üçün

    Vladimir Ulyanov ( Vladimir İliç Lenin) 1870 – 1924 ) Rusiyanın ən gənc vəkili hesab edilə bilər. 21 yaşında eksternat imtahanlarından keçərək hüquqşünas olmuşdur. Çox qısa müddət vəkil olsa da, həmkarlarını heç bəyənmədi və etibarlı dostlarından birinə bu sözləri yazmışdır: "vəkillərin cilovları bərk tutulmalı ve daima nəzarət altına alınmalı, çünkü bu intelektual alçaqlar daima kirli oyunlar oynayır”
    Vladimir Ulyanov hüquq təhsili aldıqdan sonra peşəsi ilə Samara şəhərinə işləməyə getmişdi. O, məhkəmələrdə çıxış etmiş və cəzaların yüngülləşməsinə nail olmuş, hətta bəraət hökmlərinin çıxmasına nail olmuşdur.
    Samarada o, ilk öncə vəkil köməkçisi olur. Rusiya İmperiyasında - rayon məhkəməsində və məhkəmə palatasında vəkil Andrey Nikolayeviç Xardinin köməkçisi olur.

    Vladimir onu əvvəllər də tanıyırdı - onlar tez-tez şahmat oynayırdılar; Xardin dövrünün ən parlaq şahmatçılarından biri idi.

    Vəkil olduqdan sonra Vladimir Ulyanov bir məhkəmə qərarından kassasiya şikayəti vermiş və müdafiəçi kimi çıxış etdiyi iclasda müdafiə etdiyi şəxsin barəsində “bəraət” hökmünün çıxarılmasına nail ola bilmişdi.
    Vladimir Ulyanoun müdafiəçi kimi çıxdığı 15 cinayət işindən 5-i bəraət hökmü ilə yekunlaşıb və bu, əla nəticədir. Demək olar ki, bütün digər hallarda o, cəzanın yüngülləşdirilməsinə nail olmuşdur. Karyera üçün yaxşı başlanğıc idi. Vəkil Vladimir Ulyanov bu yolu seçsəydi, kim bilir tarix onu hara aparardı.

    1922-ci ildə Vladimir İliç xatırlayırdı: “...Sibirdə sürgündə olanda hüquqşünas mən gizli hüquqşünas idim, çünki inzibati sürgündə idim, bu fəaliyyətlə məşğul olmaq mənə qadağan idi, amma başqası olmadığından insanlar mənə gəlib bəzi işlərdən danışıb hüquqi məsləhət istəyirdilər..

    Bununla belə, heç bir şübhə yoxdur ki, V.İ. Ulyanov burjua andı içmiş vəkilliyə nifrət edirdi, hesab edirdi ki, bu fəaliyyət fəhlə-kəndli (proletariat) sinfinin tezliklə azad edilməsinə səbəb olmayacaq.
    Onun vəkillərlə bağlı çox təhqiramiz sözləri məlumdur və çox vaxt bunlardan tam sitat gətirilmir: Vəkillər sosializmin vəfasızlığından, liberlizmdən bəhs etdiyi üçün, bu Leninin fikirləri ilə ziddiyət təşkil edirdi.
    Hətta ifadələrinin birində “yalnız ağıllı vəkilləri götürün, başqalarına ehtiyacınız yoxdur” kimi fikir səsləndirmişdir.
    Onun fikrincə hətta ağıllı bir liberal hüquqşünas belə sosial-demokrat hərəkatının dinc xarakterli olduğunu və ya buna işarə etməyə son dərəcə meyllidir. Amma yenə də vəkillərdən qorxmaq və onlara inanmamaq daha yaxşıdır, xüsusən də sosial demokrat və partiya üzvü olduqlarını desələr...”
    Məhz buna görə də Leninin dövründə və ondan sonra vəkillik institutu sosializm ideyalarına zidd olduğu üçün uzun müddət inkişaf edə bilməmişdir.
    Bu sözlər konkret bir münasibətlə - birinci rus inqilabı illərində təqsirləndirilən şəxslərin müdafiəsi ilə bağlı yazılmışdır və aşkar mənfi mənaya baxmayaraq, konkret siyasi vəziyyəti əks etdirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ