Sizin reklam burada
Sizin reklam burada
  • Axısxa Türklərinin qüruru Ömər Faiq Nemanzadə Əfəndi.

    Bakı Kitab Mərkəzində milli mətbuatımızın görkəmli nümayəndəsi, publisist, böyük maarifçi və ictimai xadim Axısxa Türklərinin dəyəri Ömər Faiq Nemanzadənin (1872 – 1937) 150 illiyinə həsr olunmuş “Bir adam lazımdır...” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Ömər Faiq Nemanzadənin ailə üzvləri, görkəmli ictimai xadimlər, ziyalılar iştirak edib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradov ,
    Xalq yazıçısı Anar, ADA University nin rektoru Hafiz Paşayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və başqaları Ö. F. Nemanzadənin XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, “Molla Nəsrəddin” jurnalının nəşri və fəaliyyətində misilsiz rolundan, cəsarətli mövqeyindən danışıb.
    Çıxış edənlər qeyd edib ki, 1937-ci ilin repressiya qurbanı olmuş maarifçi həmişə təqiblərə məruz qalmış, amma ömrünün sonuna kimi öz ideyalarından üz döndərməmişdir.
    Gecədə Ö.F. Nemanzadənin həyat yolunu işıqlandıran film nümayiş etdirilib, aktyor Kamran Yunis Ömər Faiqin məqalələrindən parçalar oxuyub.
    Jurnalist Afaq Qəmbərovanın aparıcılığı ilə keçirilən tədbirin bədii hissəsində Xəzər universitetinin simli alətlər ansamblı (bədii rəhbər - pianoçu Zülfiyyə Sadıqova), xalq artisti Elşən Mansurov, əməkdar artistlər İlahə Əfəndiyeva və Sahib Paşazadə çıxış edib. Gecədə iştirak edən Ö. F. Nemanzadənin ailə üzvləri, Фуад Пепинов, Ulvi Pepinova, Farida Aliyeva, Chingiz Neyman-Zadeh və digərləri babalarına verilən böyük dəyərə görə başda cənab Prezident İlham Əliyevə və tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlıqlarını bildirdilər.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ