Sizin reklam burada
Sizin reklam burada

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Agentlikdən verilən məlumata görə, hazırda yol boyu üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri aparılır.
Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.
Görülən işlər çərçivəsində marşrut boyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri aparılıb.
Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası yekunlaşıb, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.
Yaxın günlərdə yol müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.
Xatırladaq ki, sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu üzdən sürücülərdən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ