Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir qəhrəmanımızın ailəsini ziyarət etdik

    Emin Hacıyev
    Milli Məclisin deputatı

    Vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn daha bir qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin giziri Həşimov Tərzan Qəhrəman oğlunun ailəsini ziyarət edib, övladları ilə görüşdük.
    Şəhidin evində fotolarından və şəxsi əşyalarından ibarət xatirə güşələrinə baxış keçirərək, ruhuna dualar oxuyub, ailə üzvlərinə başsağlığı verdik, bizə əmanət buraxdığı ailə üzvlərinin gündəlik qayğı və problemləri ilə maraqlandıq.
    Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Şəhid Tərzan Həşimov rabitəçi gizir rütbəsində xidmət göstərirdi. O, düşmən dilini səlis şəkildə bilirdi. Döyüş yoldaşlarının sözlərinə görə bir neçə dəfə düşmənlə rabitəyə girərək düşmən texnikasını məhv etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
    Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
    Allah Şəhidlərimizə rəhmət eləsin.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ