Sizin reklam burada
Sizin reklam burada
  • Ötən həftə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

    ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
    ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina, 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
    Nəticədə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ