Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Saatlıda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Mehtiyev Elgiz Şahin oğlunun və Abdullayev Nicat Mirnəbi oğlunun doğulduğu kəndlərdə olublar. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
“Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur” - deyən icra başçısı şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Zahir Məmmədov
