Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı İHB Elmir Bağırov başda olmaqla, rayonun rəhbər işçiləri Səhid Elvin Həsənovun anım mərasimində iştirak ediblər

    Vətən müharibəsi şəhidlərindən biri də Saatlı rayon Əhmədbəyli kənd sakini Həsənov Elvin Hökməli oğludur. Elvin 08 iyul 1992-ci il tarixdə Saatlı rayonunda anadan olub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki orta məktəbdə alıb. Ölümündən sonra Elvin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən uğrunda», «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.
    Oktyabrın 22-də şəhidimizin ikinci ildönümü qeyd olunub.
    Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib, Şəhidimizin əziz ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülərək şərəfli həyat və döyüş yolundan geniş bəhs olunmuşdur.
    Şəhidimizin ailəsi qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Onlar ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olun­duqlarını bildiriblər.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ