Ülvi Nəsirov Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.
Ailə ilə görüşdə onun şərəfli döyüş yolundan bəhs olunub, xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyi, şəhid Ülvi Nəsirovun ailəsinin də daim sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını bildirib.
Zahir Məmmədov
